İspaniyada iki şəhərətrafı dəmir yolu ilə hərəkət edən qatar toqquşub. ONN media xəbər verir ki, toqquşma dəmir yolunun San-Visente-de-Kastelyet və Monresoy (Barselona əyaləti) stansiyaları arasında baş verib. Məlumata əsasən, toqquşma nəticəsində 1 nəfər həlak olub, 8 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bildirilir ki, hadisə yerində təcili yardım xidməti, yanğınsöndürənlər və hüquq-mühafizə orqanları çalışır.(trend)
İki qatar toqquşub - 1 ölü, 8 yaralı

