Hacıqabulda yük qatarı qadını vuraraq öldürüb.
ONN media xəbər verir ki, 1975-ci il təvəllüdlü Təhminə Əhəd qızı İbrahimova Şirvan Şəhər Xəstəxanasında dünyasını dəyişib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, hazırda faktla bağlı Yevlax Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
17:52
Bu gün saat 16:45 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb.
Bu barədə QSC-dən məlumat verilib.
Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində ciddi xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
“ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, dəmiryol xəttini yalnız müəyyən olunmuş yerdən keçməyə, qəflətən qatarın yoluna çıxmamağa çağırır”, - deyə məlumatda qeyd edilib.
17:38
Hacıqabul sakinini qatar vuraraq öldürüb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayon ərazisindən keçən dəmiryol xəttində baş verib.
İlkin məlumata görə, dəmir yolu xəttini keçmək istəyən qadını qatar vurub. O hadisə yerində həyatını itirib.
Ölənin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır



Sumqayıtda qatar qadını vurdu
Bakıda teplovoz adam vurdu
Yevlaxda kişini qatar vurub
Xocavənddə avtobus aşıb- YARALILAR VAR
Hacıqabulda ağır qəza- Yaralılar var
Qubadlıda fəhlə faciəvi şəkildə öldü
Təcili yardımın qadın həkimlərini döyən şəxslə bağlı xəbər var
Zəngilandan gələn fəhlə avtobusu aşdı
Azərbaycanda qandonduran hadisə- Qadın özünü qatarın altına atdı
Azərbaycanda bir nəfər özünü qatarın altına ataraq intihar etdi
Daha bir nəfər qızılcadan həyatını itirdi
Salyanda küçədən yeni doğulmuş qız uşağı tapıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 