ONN İnformasiya Agentliyi

ABŞ-da koronavirusa yoluxan azərbaycanlı öldü — FOTO

ABŞ-da koronavirusa yoluxan azərbaycanlı öldü — FOTO
26 Aprel 2020 - 10:24

ABŞ-ın Nyu-York şəhərində yaşayan, milliyyətcə azərbaycanlı olan Natiq Qasımov koronavirusdan vəfat edib.

ONN media bildirir ki, o Nyu-Yorkun Bruklin əyalətindəki “Coney Island” hospitalında müalicə alırdı .

Mərhumun ailəsi ilə mütəmadi əlaqədə olan, Nyu-Yorkda aktiv diaspor təmsilçisi Aqil Hüseynov bildirib ki, Natiq Qasımov bir neçə həftədir xəstəxanada müalicəsini davam etdirirdi.

Onun sözlərinə görə, bundan əvvəl N. Qasımovla birgə yaşayan qızının həyat yoldaşı da COVID-19 infeksiyasına yoluxsa da müalicə alaraq sağalıb.

“Müalicə müddətində Natiq Qasımovun vəziyyəti bir qədər yaxşılaşıb, daha sonra yenidən pisləşib. Hazırda mərhumun meyitinin Azərbaycana göndərilməsi üçün xəstəxanada sənədləşmə işləri aparılır, artıq işlər yekunlaşmaq üzrədir”.

O bildirib ki, meyitin Azərbaycana yola salınması üçün mərhumun ailəsinə maddi kömək lazımdır. (report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
ABŞ-da koronavirusa yoluxan azərbaycanlı öldü — FOTO
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png