ONN İnformasiya Agentliyi

Bakıda bu küçə və prospekt tam bağlandı 

Bakıda bu küçə və prospekt tam bağlandı 
10 May 2024 - 11:33

Bakının Ziya Bünyadov prospektində – 20 Yanvar istiqamətində hərəkət tam dayanıb.

ONN media xəbər verir ki, prospektə paralel olaraq yan küçə – Əhməd Rəcəbli ilə kəsişmədə də ciddi tıxac var və maşınların hərəkəti tam məhdudlaşıb.

Belə ki, Ziya Bünyadov prospektinin köməkçi yolu ilə hərəkət edən marşrut avtobusları işıqfordan sonra hərəkəti davam etdirə bilmirlər, qarşıdakı tıxac buna imkan vermir. Nəticədə yolu tam bağlayan marşrut avtobusları avtomobillərin Əhməd Rəcəbli küçəsinə hərəkətini də bloklayıb.

Ziya Bünyadov prospektində 20 Yanvar istiqamətində tam tıxanmanın səbəbi bəlli deyil.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png