ONN İnformasiya Agentliyi

Bakıda BMW-ni dərəyə yuvarlayan şəxs həbs olundu

Bakıda BMW-ni dərəyə yuvarlayan şəxs həbs olundu
12 May 2020 - 16:44
Sosial şəbəkələrdə başqasının avtomobilini dərəyə yuvarlayan şəxs saxlanılıb.
 
 
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov məlumat verib.
 
O bildirib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Elnur Abbasov tutularaq istintaqa cəlb edilib.
E.Zahidov sözlərinə görə, Bakıxanov qəsəbə sakini Zamin Babayev Sabunçu rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək ona məxsus BMW markalı avtomobilin tanışı, dəfələrlə məhkum olunmuş Elnur Abbasov tərəfindən qaçırılması və həmin şəxs tərəfindən dərəyə atılması barədə məlumat verib:
“Zamin Babayev ərizəsində qeyd edib ki, Elnur onun avtomobilini almaq istəyib. O, maşını yoxlamaq məqsədilə ondan alıb. Lakin daha sonra gətirib qaytarmayıb. Zamin Babayev dəfələrlə telefon danışığı olub. Elnur Abbasov pul axtardığını və tapan kimi avtomobili alacağını deyib. Lakin mayın 11-də Elnur Abbasov Zamin Babayevə məxsus avtomobili dərədən yuvarlayıb”.
DİN sözcüsü bildirib ki, Sabunçu rayon Polis İdarəsində daxil olan məlumat əsasında araşdırmalar aparılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 186-cı (başqasının əmlakını məhv etmə) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Elnur Abbasov kriminal aləmdə “Kürd Elnur” kimi tanınır.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png