ONN İnformasiya Agentliyi

Bakıda hamının diqqətini çəkən “Yanan şar”ın nə olduğu bilindi – RƏSMİ AÇIQLAMA – VİDEO

Bakıda hamının diqqətini çəkən “Yanan şar”ın nə olduğu bilindi – RƏSMİ AÇIQLAMA – VİDEO
20 Dekabr 2021 - 15:27

Bakı sakinləri bu gün səhər saatlarında havada yanaraq yerə doğru hərəkət edən obyekt görüblər.

ONN media xəbər verir ki, havada yanaraq yerə düşən obyekt şəhərin bir çox istiqamətlərindən görünüb.

Bununla bağlı sualı Trend-ə AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) icraçı direktoru professor Nəriman İsmayılov cavablandırıb.

O bildirib ki, fəzada çoxlu sayda müxtəlif ölçülü göy cismləri mövcuddur. Onlar müxtəlif səbəblərdən aşınaraq öz orbitini tərk edir və istənilən istiqamətə uça bilir.

“Həmin cisimlərdən bir neçəsi də yer orbitinə daxil ola bilir. Onlar Yer kürəsində böyük sürət nəticəsində yüksək temperatura qədər qızır və aşınır. Belə cisimləri meteorlar adlandırırlar. Onlar yerə düşəndə isə daş parçası formasında olur. Meteoritlər müxtəlif ölçüdə olur. Onların böyüklərinə bolidlər deyirlər. Bolidlər daha parlaq formada olurlar. Onlar yerə çatmadan kül olurlar. Bakı səmasında müşahidə olunan cisim bu tip cismlərdəndir”, – deyə qurum rəsmisi bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png