ONN İnformasiya Agentliyi

Bakıda “Kamaz” dəmir yoluna aşdı – Qatarların hərəkəti dayandı

Bakıda “Kamaz” dəmir yoluna aşdı – Qatarların hərəkəti dayandı
22 Noyabr 2019 - 17:53

Bu gün saat 14:10-da Biləcəri-Heybət mənzilinin 521-ci kilometrindəki avtomobil körpüsündə yol-nəqliyyat hadisəsi baş verib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən ONN media -ya verilən məlumata görə, AZ 99-SA-781/ AZ 99-ZE-781 dövlət qeydiyyat nişanlı, “Kamaz” markalı yük avtomobili körpünün üzərindən aşaraq dəmir yolu xəttinin üstünə düşüb.

Sürücü Xəzər İnqilab oğlu Yusifli və onun sərnişini hadisə yerində dünyalarını dəyişiblər.

Qəza nəticəsində dəmir yolunun hər iki istiqamətində kontakt şəbəkəsi və yan xətlər tam sıradan çıxıb və qatarların hərəkəti üçün bağlıdır.

Qatarların hərəkətinin bərpa edilməsi istiqamətində iş aparılır.

Baş vermiş hadisə isə aidiyyəti üzrə araşdırılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png