ONN İnformasiya Agentliyi

Güclü külək Bakıda 4 sağlam ağacı aşırdı

Güclü külək Bakıda 4 sağlam ağacı aşırdı
17 Yanvar 2019 - 9:38

Bakıda bu gecədən əsən güclü külək nəticəsində şəhərin müxtəlif yerlərində 4 ağac aşıb.

ONN media xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, aşma hadisələri Bakının Nəsimi və Yasamal rayonlarında qeydə alınıb.

O.Məmmədov əlavə edib ki, aşan ağacların hamısı sağlam olub. Onlardan biri Eldar şamıdır.

Birlik rəsmisi heyətin hazırda gücləndirilmiş iş rejimində çalışdığını da qeyd edib.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün və sabah ölkə ərazisində xüsusi təhlükəli hidrometeoroloji hadisənin olacağı haqqında xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png