ONN İnformasiya Agentliyi

Lənkəranda yol qəzası olub

Lənkəranda yol qəzası olub
25 İyun 2018 - 1:25

Lənkəran rayonunda bir-biri ilə əlaqəli iki yol qəzası baş verib.

ONN media xəbər verir ki, birinci hadisə Lənkəran-Lerik yolunda, Dəvrədibi kəndi ərazisində baş verib.

"VAZ-2106" markalı avtomaşın Lənkəran rayonu istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq aşıb. Nəticədə iki nəfər Lənkəran sakini, bir nəfər Zəngilan rayon sakini xəsarət alıb. Sərnişinlərdən biri hadisə ilə əlaqədar olaraq Lənkərandakı yaxınına zəng vuraraq kömək istəyib.

"VAZ-2107" markalı avtomaşınla köməyə gələn Şağlaküçə kənd sakini yolda piyadanı vurub. Nəticədə ağır xəsarət alan 54 yaşlı Şükürov Əliməmməd İlyas oğlu sürücü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, o, dünyasını dəyişib. Digər üç yaralı da Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png