ONN MEDİA

Oğuzda ŞOK OLAY – Canavar kəndə hücum etdi və…

Oğuzda ŞOK OLAY – Canavar kəndə hücum etdi və…
28 İyun 2019 - 18:43

Oğuz rayonunda canavar mal-qaranı parçalayıb, sakinlərə xəsarət yetirib.

ONN media “Report”a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Xaçmaz kəndində qeydə alınıb.

Belə ki, canavar əvvəlcə mal-qaraya, daha sonra isə qarşısına çıxan kənd sakinlərinə hücum çəkib. Nəticədə ikisi uşaq olmaqla 4 nəfər Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan bildirilib ki, yaralılardan birinin sifət nahiyəsində xəsarətlər ciddi olduğundan vəziyyəti ağır olaraq qiymətləndirilir.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP