ONN İnformasiya Agentliyi

Qobuda dəhşət- Biri yandı, digəri isə…

Qobuda dəhşət- Biri yandı, digəri isə…
05 Aprel 2019 - 16:43

39 yaşlı Qobu sakini Məmmədov Musa Tofiq oğlu özünü yandırıb.

Bu barədə ONN media-ya Abşeron rayon Prokurorluğundan məlumat daxil olub.

İnsident səhər saatlarında baş verib. M.Məmmədov qayınanasının evində intihar edib.

Yaxınları vaxtında M.Məmmədova yardım edə bilməyiblər. İlkin məlumata görə, kişinin bədəninin 70 faizi yanıb.

İlkin araşdırma nəticəsində M.Məmmədovun spirtli içki alüdəçisi olduğu ortaya çıxıb.

Bu səbəbdən ər-arvad arasında tez-tez münaqişə düşüb. Baş verən hadisədən sonra həyat yoldaşı da çoxlu həb udaraq özünü öldürməyə çalışıb. O, vaxtında xəstəxanaya çatdırıldığından həyatını xilas etmək mümkün olub.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png