ONN İnformasiya Agentliyi

“Sədərək”də partlayıcılar tapıldı

“Sədərək”də partlayıcılar tapıldı
14 Dekabr 2018 - 13:50

İnsanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması ilə əməliyyat keçirilib.

ONN media DİN-ə istinadən xəbər verir ki, dekabrın 13-də keçirilən reyd zamanı “Sədərək” ticarət mərkəzindəki mağazaların birində Astara rayon sakini F.Hənifəyevdən yüksək səsyayıcı qabiliyyətə malik olan 1600 ədəd partlayıcı oyuncaqlar və pirotexniki vasitələr aşkar edilərək götürülüb.        

Bu istiqamətdə tədbirlər davam etdirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png