ONN İnformasiya Agentliyi

Sabahın HAVASI: Yağış yağacaq, güclü külək əsəcək

Sabahın HAVASI: Yağış yağacaq, güclü külək əsəcək
17-05-2020, 12:40

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən ONN media -ya verilən məlumata görə, səhər duman olacaq, arabir güclənən cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 18-20, Bakıda gecə 9-11, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət 70-80, gündüz 40-45 faiz təşkil edəcək. Mayın 18-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 23-28, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png