Oktyabrın 22-dən 23-nə keçən gecə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONN media -ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında Oktyabrın 22-dən 23-nə keçən gecə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 15-17 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında Oktyabrın 22-dən 23-nə keçən gecə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu 12-17, dağlarda 5-10 dərəcə isti təşkil edəcək.
Oktyabrın 22-dən 23-nə keçən gecə hava necə olacaq?

