ONN İnformasiya Agentliyi

Bakıya güclü yağış yağır

Bakıya güclü yağış yağır
8-11-2018, 11:09


Ötən gün axşam saatlarından paytaxtda yağış yağmağa başlayıb.

ONN media xəbər verir ki, səhər saatlarından yağış güclənməyə başlayıb.

Həmişə olduğu kimi şəhərin mərkəzində yollar su ilə dolub.

Yağan yağış yollarda bir çox problemlərə səbəb olub. Yollarda qısa müddət ərzində su ilə dolub. Nərimanov ərazisində yolu keçmək üçün taxtalardan körpü qurulub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 8-də Bakıda və Abşeron yarımadasında gün ərzində yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var.

ETSN xəbərdarlıq edib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 9-u gündüzədək arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png