"Real”dan icarə əsasında "Bavariya”ya verilmiş Xames Rodriqes Çempionlar Liqasının cavab qarşılaşması ərəfəsində açıqlama verib.
ONN media xəbər verir ki, bu haqda UEFA –nın saytında məlumat yayılıb.
Xames "Sntiyaqo Bernabeu”da oynamaqdan məmnun olacağını deyib:
"Ancaq "Real”a qol vursam, sevinməyəcəm”.
Qoyd edək ki, Münhendə keçirilən ilk oyunda kral klubu qələbə qazanıb.