Niderland "Formula 1"i tərk edəcək.
ONN media xəbər verir ki, sözügedən qran prinin promouteri ilə anlaşma 1 il müddətinə uzadılıb. Bu barədə "Formula 1"in mətbuat xidməti məlumat yayıb.
Eyni zamanda, promouterin 2026-cı ildən sonra təqvimdə qalmamağa qərar verdiyi qeyd olunub.
2025-ci ildə Niderland mərhələsi avqustun 29-dan 31-dək keçiriləcək. İlk dəfə sprint yarışını əhatə edəcək son qran prinin tarixi sonra açıqlanacaq.
Qeyd edək ki, bu mövsüm Niderland Qran Prisinin qalibi britaniyalı "McLaren" pilotu Lando Norris olub