"İnter Mayami"nin kapitanı Lionel Messi ABŞ klubu ilə müqaviləsini uzatmağa yaxındır
ONN media xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Mənbənin sözlərinə görə, hazırda yeni sözləşmənin şərtləri müzakirə olunur. Qeyd edilir ki, tərəflər razılığa gəlməyə yaxındırlar. Tezliklə müqavilənin imzalanacağı gözlənilir.
37 yaşlı Messi MLS-in cari mövsümündə 4 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Keçən mövsüm Messi “İnter” ilə MLS-in müntəzəm mövsümündə çempion olub və turnirin ən yaxşı oyunçusu seçilib.