ONN İnformasiya Agentliyi

Vinisius ilə bağlı müqavilə imzalandı

Vinisius ilə bağlı müqavilə imzalandı
24-05-2025, 13:07
Braziliyalı hücumçu Vinisius Junior "Real" ilə müqaviləsini 2030-cu ilə qədər uzadıb.
ONN media xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, müqavilənin uzadılması ilə "kral klubu" maaş limitini aşıb. Klubdaxili hədd 15 milyon avro olduğu halda, 24 yaşlı futbolçunun illik məvacibi 20 milyon avronu ötəcək, lakin 30 milyon avronu keçməyəcək. Beləliklə, Vinisius fransız hücumçu Kilian Mbappe ilə birlikdə "Real"ın ən yüksək maaş alan futbolçusuna çevrilib.
Qeyd olunur ki, maaş həddinin pozulması klub rəhbərliyini siyasətini yenidən nəzərdən keçirməyə vadar edə bilər. Çünki bu hal komandanın digər ulduzlarının da Vinisiusun nümunəsində maaş artımı tələb etməsi ilə nəticələnə bilər.
Xatırladaq ki, braziliyalı ulduzun əvvəlki müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə idi
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png