Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında unikal nailiyyətə imza atıb.
ONN media xəbər verir ki, 32 yaşlı futbolçu çempionat tarixində bir mövsümdə həm ən yaxşı oyunçu, həm ən yaxşı pleymeyker, həm də ən yaxşı bombardir mükafatlarını qazanan ilk futbolçu olub.
Salah mövsümü 29 qol və 18 məhsuldar ötürmə ilə başa vuraraq həm bombardir, həm də assistentlər siyahısında lider olub. O, ümumilikdə 47 qolun vurulmasına iştirak etməklə bir mövsümdə qol və ötürmə üzrə Endi Koul və Alan Şirerə məxsus rekordu təkrarlayıb. Lakin həmin futbolçuların göstəriciləri 42 matçlıq mövsümə təsadüf edirdisə, Salah bunu 38 turda gerçəkləşdirib