Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi noyabrın 5-də Çempionlar Liqasının növbəti mərhələsində Tofiq Bəhramov adına stadionda keçiriləcək "Qarabağ" – "Çelsi" futbol oyununun biletlərini qeyri-qanuni yolla onlayn satışa çıxaran bir qrup şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-texniki tədbirlər həyata keçirib.
ONN media xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, biletləri əvvəlcədən onlayn qaydada və rəsmi satış məntəqələrindən əldə edib, daha sonra sosial şəbəkə platformalarında müxtəlif səhifələrdə, eləcə də "qara bazar"da dəyərindən daha artıq qiymətə satmaq istəyən Emil Dadaşov, Cavid Dadaşov, Rəşad Həsənov, Murad Mirkişiyev və Vüsal Zalov kiberpolis tərəfindən saxlanılıblar.
Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxslər biletlərin məhdud sayda olması və oyuna vətəndaşların göstərdikləri böyük maraqdan sui-istifadə edərək bu hüquqazidd əməli törədiblər. Saxlanılan şəxslər barəsində qanunamüvafiq tədbir görülüb, əməliyyatlar davam etdirilir.
"Ölkəmizdə bundan sonra da keçirilməsi nəzərdə tutulan beynəlxalq əhəmiyyətli idman turnirlərini canlı izləmək istəyən vətəndaşlara bir daha müraciət edərək biletləri yalnız rəsmi satış nöqtələrindən əldə etməyi tövsiyə edirik. Bildiririk ki, sosial şəbəkələrdə müxtəlif səhifələr və digər qeyri-qanuni mənbələrdən bilet alan şəxslər dələduzluq halları ilə üzləşə bilərlər", - məlumatda vurğulanıb
Qanunsuz bilet satanlara qarşı əməliyyat keçirildi



"Qarabağ" - "Çelsi" oyununun biletləri satışa çıxarıldı
"Qarabağ" ın növbəti oyununun biletləri satışa çıxarıldı
"Qarabağ"ın biletlərini "qara bazar" uddu
"Qarabağ"ın oyununa getmək istəyənlərin NƏZƏRİNƏ
DİN rəsmi məlumat yaydı
"Qarabağ" və "Frayburq" oyununa baxmaq istəyənlərin NƏZƏRİNƏ
“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?
Bu oyuna bilet almaq istəyənlərin NƏZƏRİNƏ
"Qarabağ" oyunu izləmək istəyənlərin NƏZƏRİNƏ
“Qarabağ”-“Braqa” oyununun biletləri satışda
"Qarabağ" - "Çelsi" oyununun hakimləri açıqlandı
Şuşaya biletləri baha satanlara XƏBƏRDARLIQ
Bakı-Naxçıvan reysləri ləğv edildi - Səbəb
“Qarabağ” ulduz futbolçusu ilə yollarını ayırdı
Sabah da hava yağışlı olacaq
Çimərliyə getmək istəyənlərin nəzərinə!
DYP hava ilə bağlı sürücülərə müraciət etdi
ABŞ İranla əlaqəli hədəflərə zərbələr endirdi
"Qarabağ"ın oyununu çexlər idarə edəcək
Mühüm dəyişiklik gündəmdə: Evlər ucuzlaşacaq? - Video
Qaraciyərinizin bərpa olunduğunu göstərən 4 əlamət
Neft həftəni bu qiymətlə yekunlaşdırdı
Yağıntılı hava ilə bağlı daha bir xəbərdarlıq
Qardaş ölkədə güclü zəlzələ oldu
“Araz-Naxçıvan”ın yeni prezidenti o seçildi
Bakı və bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Türkiyə MN Azərbaycanı təbrik etdi 