Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatında bir neçə tarixi rekorda imza atıb.
ONN media xəbər verir ki, Cənubi Amerika təmsilçisinin Əlcəzair ilə qrup mərhələsinin ilk tur oyununun start heyətində yer alan Messi futbol tarixində altı dünya çempionatında çıxış edən ilk futbolçu olub. O, daha əvvəl 2006-cı ildə Almaniyada, 2010-cu ildə Cənubi Afrika Respublikasında, 2014-cü ildə Braziliyada, 2018-ci ildə Rusiyada və 2022-ci ildə Qətərdə keçirilən mundiallarda da iştirak edib.
Əlcəzairlə qarşılaşma həm də Messinin Argentina millisində 200-cü oyunu kimi tarixə düşüb. Bununla o, milli komandada 200 oyun həddinə çatan üçüncü futbolçu olub. Daha əvvəl bu göstəriciyə Portuqaliya millisinin kapitanı Krşstiano Ronaldo (228 oyun) və Küveyt yığmasının sabiq futbolçusu Bader Əl-Mutava (202 oyun) nail olub.
Argentinanın Əlcəzairi 3:0 hesabı ilə məğlub etdiyi görüşdə het-trik müəllifi olan Leo qollarının sayını 16-ya yüksəldib və Almaniya millisinin sabiq hücumçusu Miroslav Klose ilə birlikdə dünya çempionatları tarixinin ən məhsuldar futbolçusuna çevrilib.
38 yaş 357 günlüyündə het-trik edən Messi dünya çempionatları tarixində het-trik müəllifi olan ən yaşlı futbolçu rekordunu da yeniləyib. Əvvəlki rekord 2018-ci il dünya çempionatında İspaniya ilə oyunda 33 yaş 130 günlüyündə het-trik edən Kriştiano Ronaldoya məxsus idi.
Bununla yanaşı, Messi dünya çempionatları tarixində Argentina millisinin həm ən gənc, həm də ən yaşlı qol müəllifi kimi unikal nailiyyətə sahib olub. O, düz 20 il əvvəl – 2006-cı il dünya çempionatında Serbiya və Monteneqroya qarşı oyunda (6:0) ilk mundial qolunu vurmuşdu. İndi isə 39 yaşına bir həftə qalmış mundialda het-trik edərək yeni tarix yazıb.



Prezidentin iştirakı ilə tədbir keçirildi (YENİLƏNDİ)
İlham Əliyev müsahibə verdi- TAM MƏTN
SON DƏQİQƏ: Prezident əfv sərəncamı imzaladı
Prezident Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşdü
Prezidentdən ƏFV FƏRMANI -Adlar (Siyahı)
Prezident AZTV-yə müsahibə verdi - TAM MƏTN
Prezident İlham Əliyev "İnterfaks"a müsahibə verdi - TAM MƏTN
Azərbaycan ədəbiyyatı tarixində Yunus Oğuz missiyası
İlham Əliyev Azərbaycan millisinin üzvlərini qəbul etdi - YENİLƏNDİ
İlham Əliyev Xocavənd sakinləri ilə görüşdü
Baş dəmiryolçunun şərq-qərb dəhlizi boyunca uzanan biznesi - İLGİNC FAKTLAR
Hayların Ön Qafqazda rus imperiya tarixi - "Arsak/Artsax" toponiminin etnomənsubiyyəti
Hərbçilərə şad xəbər: Maaş artımı gözlənilir
“Avroviziya” qalibi Bakıya gəlməkdən imtina etdi
Milli Məclisin növbəti iclası başladı
Arıqlamaq istəyənlər üçün daha bir təbii yol
Pensiya alanlara şad xəbər
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Həftəsonu 365 nəfər təkrar imtahan verəcək
Xankəndiyə növbəti köç karvanı yola salındı
Günün qoroskopu: İşlərin öhdəsindən təkbaşına gəlməyə can atın
Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!
Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
Prezident onları qəbul etdi
Temperatur 38 dərəcəyə yüksələcək
Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - Rəsmi
Ukrayna Nisanovun Moskvadakı bazarını vurdu 