Madirin “Real” klubunun forvardı Kriştianu Ronaldo səkkiz il müddətinə azadlıqdan məhrum edilə bilər.
ONN media xəbər verir ki, bu haqda “Sovetskiy sport” məlumat yayıb.
“AS” nəşrinin informasiyasına görə, futbolçunun vəkilləri 14,7 milyon avro ilə cəriməni bağlamağa çalışsalar da, İspaniyanın vergilər agentliyi güzəştə getmək niyyətində deyil.
Qurum vergidən yayınma halına görə, portuqaliyalı ulduzun 28 milyon avro ödəməsini tələb edir. Bu məbləğ iyunun 15-ə kimi ödənilməsə, Ronaldo məhkəməyə veriləcək.
İdmançı bununla razılaşsa, iki il müddətinə şərti həbs cəzası alacaq. Əks təqdirdə isə səkkiz il müddətinə azadlıqdan məhrum ediləcək.