Dostlarıyla ova gedən 11 yaşlı yeniyetmənin cəsədi tapılıb.
ONN media xəbər verir ki, hadisə Türkiyənin Kütahya bölgəsində baş verib. Burak Kule adlı yeniyetmə iki dostu ilə birlikdə ova gedib və uzun müddət xəbər çıxmayınca öldüyü məlum olub. Onun cəsədini kənd sakinləri tapıb.
Hadisə ilə əlaqədar mərhumun dostları saxlanılıb. İlkin ehtimala görə, Burak ehtiyatsızlıqdan tüfəngdən açılan atəş nəticəsində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır. (Publika)
