ABŞ-ın Vaşinqton şəhərində yaşayan 31 yaşlı Emili Xavyer sevgilisinin telefonunda “Tinder” tanışlıq saytının tətbiqini aşkar etdikdən sonra dəhşətli hərəkətə əl atıb.
ONN media xəbər verir ki, Emili sevgilisi Aleksi yuxuda olarkən samuray qılıncı ilə doğramağa çalışıb.
Emili Aleksin soyuq davranışlarından xəyanətə məruz qaldığını düşünüb. Sonra isə hamamda qızılı rəngli qadın saçı tapdıqdan sonra şübhələrindən əmin olub. Bundan sonra isə Aleksi samuray qılıncı ilə doğramaq üçün yuxuya getməyini gözləyib.
Qadın Aleksin kimdənsə kömək istəməsinin qarşısını almaq üçün telefonları gizlədib. Onu qətlə yetirmək üçün isə yatağın kənarına samuray qılıncı bağlayıb. Aleks yuxuya getdikdən sonra isə qılıncla ona hücum edib. Polis Aleksi qan içində evində tapıb. Həkimlər onun qopan barmaqlarını yerinə tikiblər.
Emili isə Aleksi qılıncladıqdan sonra polisə özü məlumat verib: “Sevgilimi bıçaqladım, gəlin. Deyəsən ölüb. O, mənə xəyanət etdiyi üçün öldürməyə çalışdım, məqsədim öldürmək idi”.
Məhkəmənin hökmü ilə qadına 20 il həbs cəzası verilib.(Ölkə.az)
Qısqanc qadından sevgilisinə qarşı DƏHŞƏTLİ ƏMƏL - Samuray qılıncı ilə...

