ONN İnformasiya Agentliyi

Avropa Liqasında cütlüklər bilindi – Siyahı

Avropa Liqasında cütlüklər bilindi  – Siyahı
14 Dekabr 2020 - 22:25

Dekabrın 14-də futbol üzrə UEFA Avropa Liqasının 2020-2021-ci il mövsümünün onaltıdabir final mərhələsinin püşkü atılıb.

ONN media xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatma mərasimində cütlüklər müəyyənləşib.

Püşkatmanın nəticələri aşağıdakı kimidir:

“Volfsberq” (Avstriya) – “Tottenhem” (İngiltərə)

“Dinamo” (Kiyev, Ukrayna) – “Brügge” (Belçika)

“Real Sosyedad” (İspaniya) – “Mançester Yuneyted” (İngiltərə)

“Benfika” (Portuqaliya) – “Arsenal” (İngiltərə)

“Srvena Zvezda” (Serbiya) – “Milan” (İtaliya)

“Antverpen” (Belçika) – “Reyncers” (Şotlandiya)

“Slaviya” (Praqa, Çexiya) – “Lester” (İngiltərə)

“Zaltsburq” (Avstriya) – “Vilyarreal” (İspaniya)

“Braqa” (Portuqaliya) – “Roma” (İtaliya)

“Krasnodar” (Rusiya) – “Dinamo” (Zaqreb, Xorvatiya)

“Yanq Boyz” (İsveçrə) – “Bayer” (Almaniya)

“Molde” (Norveç) – “Hoffenhaym” (Almaniya)

“Qranada” (İspaniya) – “Napoli” (İtaliya)

“Makkabi” (Təl-Əviv, İsrail) – “Şaxtyor” (Donetsk, Ukrayna)

“Lill” (Fransa) – “Ayaks” (Niderland)

“Olimpiakos” (Yunanıstan) – PSV (Niderland)

Qeyd edək ki, UEFA Avropa Liqasında onaltıdabir final mərhələsinin ilk oyunları 2021-ci il fevralın 18-də, cavab matçları həmin ayın 25-də keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55-də və 00:00-da başlayacaq. Səpələnmişlər səbətində yer alan komandalar ilk oyunu səfərdə, cavab görüşünü evdə keçirəcəklər. Turnirin səkkizdəbir final mərhələsinin püşkü fevralın 26-da atılacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png