ONN İnformasiya Agentliyi

Azərbaycan kubokunda finalçılar MƏLUM OLDU

Azərbaycan kubokunda finalçılar MƏLUM OLDU
01 May 2019 - 22:16

Mərhələnin son oyunu da Bakıda keçirilib. “Zirə” evdə “Sumqayıt”ı qəbul edib. Matç 3:3 hesabı ilə başa çatıb. Bununla da, “Sumqayıt” səfər qolları hesabına finala adını yazdırıb. 

Beləliklə, həlledici matçda “Qəbələ” və “Sumqayıt” üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan kubokunun finalı mayın 19-da keçiriləcək.

Azərbaycan kuboku

Yarımfinal

1 may (çərşənbə)

20:00. “Zirə” – “Sumqayıt” – 3:3
Qollar: 
Peyman Babayi, 19 (0:1), 27 (0:2),45 (0:3), Pərdis Fərcad-Azad, 47 (1:3), Sezar Rodrigez, 84 (2:3), Şafik Tiqrudja, 90+5 (3:3)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Zirə İdman Kompleksinin stadionu
İlk oyun – 0:0

***

Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Qol.az-ın məlumatına görə, artıq ilk finalçı müəyyənləşib.

Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” “Qəbələ”ni qəbul edib. Ağdam klubu ilk görüşdə 0:1 hesabı ilə uduzduğu rəqibini 2:1 məğlub edib. Səfər qolu sayəsində finala “Qəbələ” yüksəlib.

Mərhələnin son oyunu da Bakıda keçiriləcək. “Zirə” evdə “Sumqayıt”ı qəbul edəcək. Çempionatda vəziyyətləri yaxşı olmayan hər iki komanda avrokuboklar üçün son şansdan yararlanmağa çalışacaq.

Qeyd edək ki, Azərbaycan kubokunun finalı mayın 19-da keçiriləcək.Azərbaycan kuboku

Yarımfinal

1 may (çərşənbə)

17:00. “Qarabağ” – “Qəbələ” – 2:1
Qol: Miçel, 36 (1:0), Kintana, 58 (2:0), David Volkov, 81 (2:1)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 0:1

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png