ONN İnformasiya Agentliyi

Azərbaycan Tokioda bir gündə üçüncü qızıl medalı qazandı

Azərbaycan Tokioda bir gündə üçüncü qızıl medalı qazandı
27 Avqust 2021 - 12:37

Azərbaycanlı paracüdoçu Vüqar Şirinli Tokio-2020 16-cı Yay Paralimpiya Oyunlarında cüdo üzrə kişilər arasında 60 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.

İdmançı finalda qazaxıstanlı paracüdoçu Anuar Sarıyevi məğlub edib.

xxx

Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Raman Saleh 100 metr məsafəyə arxası üstə üzmə yarışında 66 saniyədə bütün rəqiblərini geridə qoyaraq, birincilik qazanıb.

Daha əvvəl paracüdoçumuz Şəhanə Hüseynova (48 kq) da qızıl medala sahib olmuşdu. Azərbaycan komandasının aktivinə digər medalı Pərvin Məmmədov (49 kq) yazdırıb. Pauerliftinqçimiz bürünc medala sahib olub.

xxx

Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında final görüşünə çıxıb.

48 kq çəki dərəcəsində mübarizə aparan idmançı fransalı Sandrin Martine ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Hacıyeva paralimpiya çempionu olub.

Qeyd edək ki, mübarizəyə 1/4 finaldan başlayan Hacıyeva ilk görüşündə yaponiyalı Şizuka Hanqaini, yarımfinalda Rusiya Paralimpiya Komitəsindən (RPC) Viktoriya Potapovanı yenib.

Qeyd edək ki, “Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda – 36 idmançı təmsil edir. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png