ONN İnformasiya Agentliyi

Azərbaycanın ən intizamsız klubu MƏLUM OLDU

Azərbaycanın ən intizamsız klubu MƏLUM OLDU
25 Dekabr 2020 - 15:52

Azərbaycan Premyer Liqasında cari mövsüm 240 sarı və 15 qırmızı vərəqə göstərilib.

ONN media   xəbər verir ki, mövsümün arxada qalan hissəsinin ən intizamlı komandası “Qarabağ”dır.

Son çempion cəmi 22 cərimə xalı toplayıb. 16 sarı vərəqə alan ağdamlılar iki dəfə meydandan kənarlaşdırılma ilə cəzalanıb.

Ən çox cərimə xalı olan komanda “Zirə”dir. Hamıdan çox – dörd qırmızı vərəqəsi olan qəsəbə təmsilçisi 32 xəbərdarlıq da alıb.

Qırmızı vərəqə ilə cəzalanmayan yeganə komanda “Sumqayıt”dır. Amma “Gənclik şəhəri” təmsilçisi xəbərdarlıq sayında “rekord” vurub – 42.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png