ONN İnformasiya Agentliyi

Azarkeşlərin hücumundan sonra Mahir Emrelinin SON DURUMU NECƏDİR?

Azarkeşlərin hücumundan sonra Mahir Emrelinin SON DURUMU NECƏDİR?
15 Dekabr 2021 - 13:46

Polşanın “Legiya” klubunda azarkeşlərin hücumçuna məruz qalan Mahir Emrelinin durumu haqqında yeni məlumatlar yayılıb.

ONN media xəbər verir ki, 24 yaşlı hücumçu hadisədən sonra beyin silkələnməsi olub-olmadığını yoxlamaq xəstəxanada müayinədən keçib.

Forvarın baş nahiyəsində şiş əmələ gəldiyi müəyyənləşib və onda baş ağrısı da olub. Həkim Emreliyə ehtiyatlı olmağı tövsiyə edib. Futbolçu bu səbəbdən dekabrın 14-də komandanın məşqində iştirak etməyib və bu gün “Zaqlembe” ilə matçda oynamayacaq.

Bundan əlavə, Varşava təmsilçisinin idman direktoru Radoslav Kuxarski hücumçunun durumu ilə maraqlanmaq üçün onunla görüşüb.

Qeyd edək ki, “Legiya” fanatları komandalarının Plotsk “Visla”sına 0:1 hesabı ilə uduzduğu Ekstraklasanın XVIII tur oyunundan sonra Varşava təmsilçisinin futbolçularına hücum edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png