ONN İnformasiya Agentliyi

Bakıda F2 yarışında bir komandanın digər pilotu da qəza törətdi

Bakıda F2 yarışında bir komandanın digər pilotu da qəza törətdi
28 Aprel 2019 - 14:06

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə ikinci yarışda daha bir qəza baş verib.

ONN media xəbər verir ki, yarış zamanı “Trident” komandasının digər pilotu Qiuliano Alesi idarəetməni itirərək maneəyə çırpılıb.

Beləliklə, Q.Alesi də yarışı dayandırmalı olub.

Xatırladaq ki, bir qədər əvvəl “Trident” komandasının digər pilotu Ralf Boşunq da qəzaya uğrayaraq yarışı dayandırıb.

Qeyd edək ki, Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə ikinci yarışa start verilib.

Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 10 komanda birincilik uğrunda mübarizə aparır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png