ONN İnformasiya Agentliyi

Bakıda Formula 2 üzrə ikinci yarışa start verildi

Bakıda Formula 2 üzrə ikinci yarışa start verildi
28 Aprel 2019 - 13:30

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə ikinci yarışa start verilib.

ONN media xəbər verir ki, Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 10 komanda birincilik uğrunda mübarizə aparır.

Ötən gün Formula 2-nin sonuncu sıralama turunda “Carlin” komandasının pilotu Nobuhari Matsuşita birinci olub.

“ART Grand Prix” komandasının təmsilçisi Nik de Vries ikinci, “UNİ-Virtuosi”nin pilotu Luka Qiotti isə üçüncü yeri tutub.

Qeyd edək ki, Formula 1 yarışı Azərbaycan paytaxtında 4-cü dəfə keçirilir.

Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png