ONN İnformasiya Agentliyi

Bakıya gələn yaponiyalı jurnalist: “Olimpiadanın keçirilməsini istəmirəm”

Bakıya gələn yaponiyalı jurnalist: “Olimpiadanın keçirilməsini istəmirəm”
07 İyun 2021 - 9:27

“Bir yaponiyalı olaraq Tokio Olimpiadasının keçirilməsini istəmirəm. Çünki bu yarışın keçirilməsi dövlətə çox baha qiymətə başa gəlir. İkincisi, hazırda pandemiya şəraitində belə kütləvi yarışın keçirilməsini doğru saymıram. Məsələn, artıq Tayvan və KXDR bu yarışda iştirakdan imtina edib”.

ONN media bildirir kiunu Oxu.Az-a açıqlamasında Formula 1 üzrə Azərbaycan Qran Prisini işıqlandırmaq üçün ölkəmizə gəlmiş yaponiyalı jurnalist Masahiro Ovari deyib.

Artıq Formula 1 yarışı üçün beşinci dəfə Bakıya gəldiyini deyən Ovari bu yay ölkəsində keçiriləcək Tokio Yay Olimpiya Oyunları ilə bağlı fikirlərini açıqlayıb.

O, ölkəsində sadə xalqın bu yarışın keçirilməsini istəmədiyini bildirib:

“Biz indi Yaponiyada bütün imkanlardan yararlana bilirik. Çoxlu məhdudiyyətlər yoxdur. Amma əcnəbilər ölkəmizə gəldikdən sonra məhdudiyyətlər olacaq. Bizdə 10 faiz insan vaksin olunub. Ancaq belə olduqda gərək tez-tez test verək”.

O, həmçinin Azərbaycan Qran Prisini təşkilatçılığa görə gələcəkdə ilk “beşliy”ə düşməyə namizəd görüb. Əksər Formula 1 yarışları üçün səfər edən yaponiyalı qonağın sözünə görə, Bakıda təşkilatçılıq ilk “onluq”dadır.

Yarış haqda onun fikirləri belə olub: “Bu yarış çox maraqlı keçdi. Maks Verstapen qələbəyə yaxın görünürdü. Amma gözlənilmədən qəza etdi. Lyuis Hamiltondan hamı medal gözləyirdi. Amma o da son turlarda bəxtsizlik yaşadı. Bakı hər zamankı kimi maraqlı yarışla yadda qaldı”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png