ONN İnformasiya Agentliyi

Boksçu qalib gəldiyi matçdan sonra dünyasını dəyişdi

Boksçu qalib gəldiyi matçdan sonra dünyasını dəyişdi
26 Fevral 2018 - 16:34

İngilis boksçu Skot Vestqart qalib gəldiyi matçdan sonra dünyasını dəyişib.

ONN media xəbər verir ki, 31 yaşlı boksçu Donkasterdə Dek Spelmanla baş tutan görüşdə qalib gəlib. 

Onun yarışdan sonra rinqdə verdiyi açıqlama zamanı narahat olduğu görünüb. Daha sonra huşunu itirən Vestqart beyin qanaması şübhəsi ilə xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Bu bədbəxt hadisədən sonra gecənin digər döyüşü təxirə salınıb.

Skot Vestqartın promouteri Stefi Bul və onun rəqibi Dek Spelman öz “Twitter” hesablarında məyus olduqlarını, mərhumun yaxınlarına başsağlığı verdiklərini bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png