ONN İnformasiya Agentliyi

“Kəllə-Kəlləyə” yeni həyəcanla geri dönür

“Kəllə-Kəlləyə” yeni həyəcanla geri dönür
13 Dekabr 2021 - 15:55

Azərbaycanın ən çox səs-küy yaradan layihəsi olan “Kəllə-Kəlləyə” yenidən start götürür.

Yerli reperlər üçün “döyüş” səhnəsi olan yarış rep sevərlərini bir araya toplayacaq. 2018-ci ildən fəaliyyət göstərən “Kəllə-Kələyə” ölkəmizdə hip-hop və “Battle” mədəniyyətlərini yüksək şəkildə təmsil edən ən populyar layihədir.

Yarışın məqsədi hip-hop kütləsinin axtardığı kontenti onlara maksimum şəkildə təqdim etmək və bu mədəniyyətin ölkəmizdə yayılmasına xidmət etməkdir.

4 “battle”ı əhatə edəcək növbəti yarışda 8 sənətçi öz qabiliyyətlərini nümayiş etdirib mübarizə aparacaq.

“EPI vs F’RHYME” və “BEKH! vs XƏZAN” “battle”ları isə klassik formatda, 2 raund akapella və sonuncu raund “beat” üzərində səsləndiriləcək.

“YAP10 vs NOTON” və “AINTNOLIE vs DADASH” “battle”ları “Dəqiqənin hökmü” çərçivəsində keçiriləcək. Yəni hər 3 raund “beat” üzərində səsləndiriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png