ONN İnformasiya Agentliyi

“Liverpul”un sabiq futbolçusu qəza törətdi, həbs edildi

“Liverpul”un sabiq futbolçusu qəza törətdi, həbs edildi
14 Dekabr 2021 - 16:03

“Liverpul”un sabiq futbolçusu Çarli Adam ötən gün səhər saatlarında qəza keçirib.

ONN media xəbər verir ki, sərxoş vəziyyədə futbolçunun idarə etdiyi avtomobil ağaca çırpılıb. Şotlandiya Premyer Liqasında çıxış edən “Dandi”nin kapitanının qəzadan sonra ağaca verdiyi zərərlərin fotoları da yayılıb. Çəkilmiş şəkillərdə ağac gövdələrinin zədələndiyi görünüb. “Dandi”nin mətbuat xidməti də hadisənin baş verdiyini təsdiqləyib. Amma insidentlə bağlı geniş açıqlama verilməyib.

Hadisə yerinə yaxın olan şahidlərdən biri isə bu sözləri söyləyib: 

“Bayırda yüksək səs eşitdim, sonra isə sükut oldu. Bu barədə çox düşünmədim, çünki avtomobillərin hər zaman o yolda yuxarı-aşağı getdiyini bilirsiniz. Yalnız səhərə yaxın ağacda böyük bir oyuq açıldığını gördüm. Heç kimin zərər görmədiyinə ümid edirəm”.

36 yaşını yenicə tamamlamış Adam hadisədən sonra həbs edilib və ona qarşı ittiham irəli sürülüb. Prokurorlara hesabat göndəriləcəyi bildirilib. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png