ONN İnformasiya Agentliyi

“Makkabi” və “Neftçi”nin start heyətləri AÇIQLANDI

“Makkabi” və “Neftçi”nin start heyətləri AÇIQLANDI
26 Avqust 2021 - 20:51

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Bakının “Neftçi” klubu İsraildə “Makkabi” (Hayfa) komandasının qonağı olacaq.

ONN media xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək matç “Sammi Ofer” stadionunda keçiriləcək.

Artıq komandaların start heyətləri açıqlanıb.

Bakı təmsilçisinin start heyətində Aqil Məmmədov, Harramiz Soareş, Voislav Stankoviç, Uqu Baştu, Mert Çelik, Fəhmin Muradbəyli, Romen Bask, Mamadu Kane, Emin Mahmudov (k), Sezar Meza Kolli və Sabir Buqrin yer alıblar.

“Makkabi”nin heyətində isə meydana Josua Coen, Beqdan Planiç, Ori Dahan, Rayan Strein, San Menaçem, Mohammed Abu Fani, Joze Rodriqes, Tyaron Çeri (k), Din Devid, Ömər Atzili və Dolev Haziza çıxacaqlar.

Matçı Şimali Makedoniyadan olan FIFA referisi Aleksandr Stavrev idarə edəcək. “Neftçi”nin heyətində Mamadu Mboc, Yusuf Laval və İsmayıl Zülfüqarlı cəzalı olduqları üçün meydana çıxmayacaqar.

Mübarizəyə UEFA Çempionlar Liqasından start verən Bakı təmsilçisi “Dinamo”dan (Tbilisi) üstün olsa da, növbəti mərhələdə Yunanıstanın “Olimpiakos” komandası ilə bacarmayıb. UEFA Avropa Liqasına düşən komanda iki matçın nəticəsinə görə, Finlandiyanın HİK komandasına məğlub olub və UEFA Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ qazanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png