ONN İnformasiya Agentliyi

Maradonanın ekspertiza cavabları açıqlandı

Maradonanın ekspertiza cavabları açıqlandı
24 Dekabr 2020 - 3:50

Toksikoloji araşdırma zamanı məlum olub ki, 25 noyabrda vəfat edən keçmiş argentinalı futbolçu Dieqo Maradonanın bədənində spirt və narkotik maddə olmayıb.

Bu barədə “Telam” xəbər yayır.

Məhkəmə ekspertləri idmançının qanında yalnız psixotrop, antidepresant dərmanlar tapıblar. Bunlardan bəzilərinin yan təsiri aritmiyalardır.

Müstəntiqlər keçmiş futbolçunun ölüm səbəbinin xroniki ürək çatışmazlığının kəskinləşməsi nəticəsində yaranan kəskin ağciyər ödemi olduğundan müayinədə ürək xəstəlikləri ilə mübarizə üçün maddə izləri tapılmadığını qeyd ediblər.

Yarılma zamanı Maradonanın ürəyinin normadan iki dəfə çox- 503 qram olduğu müəyyənləşdirilib.

İstintaqdakı növbəti addım bu dərmanların Maradonanın əziyyət çəkdiyi xəstəliklərlə əlaqəli olub-olmadığını analiz etmək olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png