ONN İnformasiya Agentliyi

Mesut Özildən Arda Gülərə sürpriz zəng

Mesut Özildən Arda Gülərə sürpriz zəng
11 Mart 2024 - 15:52

“Real Madrid”də ilk qolunu “Selta Viqo” ilə görüşdə vuran Arda Güler ​​böyük sevinc yaşayıb.

ONN media Tükiyə mediasına istinadən xəbər verir ki, Madrid “Real”ının əfsanəsi Mesut Özil matçdan sonra Ardaya zəng edərək onu təbrik edib.

İspaniya klubunda ilk qolunu vuran Arda Güler ​4-0 qalib gəldikləri matçdan sonra açıqlama verib.

“Belə gözəl atmosferdə qol vurmaq əla idi. Çox xoşbəxtəm, inşallah daha çox qol vuracağam və bunun üçün çox çalışacağam. Yaxşı matç oldu. 4:0 hesablı qələbə münasibətilə bütün komanda üzvlərini təbrik edirəm, ilk qolumu vurduğum üçün çox şadam. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm, indiyə qədər çətin bir mövsüm oldu, inşallah bundan sonra işlər daha yaxşı olacaq. “Real Madrid”də olduğum üçün çox xoşbəxtəm, bu klub dünyanın ən yaxşı klubudur və çətin olsa da, bunun öhdəsindən gələcək keyfiyyət və xarakterə malik olduğumu düşünürəm”, – deyə futbolçu bildirib. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png