ONN İnformasiya Agentliyi

Millimizin oyunlarının biletləri satışda!

Millimizin oyunlarının biletləri satışda!
13 Mart 2024 - 10:24

Azərbaycan millisinin “FİFA series – Edition 2024” layihəsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi oyunların biletləri satışa çıxarılıb.

ONN media xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq turnirdə biletlərin qiyməti üçüncü kateqoriya üçün 2, ikinci kateqoriya üçün 5, birinci kateqoriya üçün 10, VİP yerlər üçün 25 və 30 manat təşkil edir.

Biletləri “İtickets” və satış kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, Azərbaycan millisi martın 22-si, saat 20:00-da Monqolustan, martın 25-i, saat 20:00-da isə Bolqarıstan ilə qarşılaşacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png