ONN İnformasiya Agentliyi

Onlar Azərbaycanda aylıq 25-30 min dollar qazanır

Onlar Azərbaycanda aylıq 25-30 min dollar qazanır
01 Oktyabr 2020 - 11:38

“Ekstraklassada güclü futbolçu qıtlığı yoxdur, oyunlarda sürət yuxarı olur”.

ONN media  xəbər verir ki, bu fikirlər “Qarabağ”ın legioneri Donald Geryeyə aiddir.

Vaxtilə “Visla”nın da formasını geyinmiş haitili müdafiəçi Azərbaycan və Polşa çempionatlarını müqayisə edərək, maraqlı fikirlər səsləndirib: “Azərbaycan çempionatı pul üzərində qurulub.

Məsələn, Krakov “Visla”sında futbolçulara ayda təqribən 5000 dollar ödəyirlər. Burada isə məbləğ böyükdür. Legionerlər aylıq 25-30 min dollar qazanırlar.

Azarkeş baxımından da üstünlük Polşa klublarındadır. Azərbaycanda insanlar stadiona əsasən avrokubok matçları zamanı gəlirlər.

Klub Çempionlar Liqası və ya Avropa Liqasının qrup mərhələsində çıxış edirsə, azarkeş sayı çox olur. Daxili yarışda isə say azalır.

Polşada “Legiya” və “Lex”in matçlarında oynadığı rəqibdən asılı olmayaraq stadionda çoxlu azarkeş olur. Bu barədə Yakub Jezniçakla çox danışmışam”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png