ONN İnformasiya Agentliyi

PSJ Neymarla danışıqları dayandırdı

PSJ Neymarla danışıqları dayandırdı
25 Oktyabr 2019 - 20:58

PSJ futbolçusu Neymarla müqavilənin müddətini uzatmaqla bağlı danışıqları dayandırıb.

ONN media bildirir ki, Paris klubunun rəhbərliyini braziliyalı hücumçunun tez-tez zədələnməsi narahat edir. Həmçinin Kilian Mbappenin son matçlarda yenidən əvvəlki formasına qayıtmasından sonra bu qərar verilib. Xəbərdə Neymarın yayda PSJ-dən ayrılmasının mümkün olduğu bildirilib.

Qeyd edək ki, Neymarın Paris təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png