ONN İnformasiya Agentliyi

PSJ-nin baş məşqçisi ÖZÜNDƏN ÇIXDI – Neymarın…

PSJ-nin baş məşqçisi ÖZÜNDƏN ÇIXDI – Neymarın…
28 Aprel 2019 - 20:18

Ötən gün Fransa Kubokunun finalında “Renn”ə uduzan PSJ-nin ulduzu Neymarın matçdan əvvəl İtaliyanın Turin şəhərinə səfər etməsi qalmaqala səbəb olub.

ONN media xəbər verir ki, iddialara görə, braziliyalı futbolçu “Yuventus”da çıxış edən həmyerlisi Duqlas Kostanın təşkil etdiyi əyləncə gecəsinə qatılıb.

Neymarın bu davranışı ilə bağlı sual verilən PSJ-nin baş məşqçisi Tomas Tuçel özündən çıxıb:

“Bununla bağlı heç bir məlumatım yoxdu. Mən onun atası, polis və ya dedektiv deyiləm. Mən baş məşqçiyəm. Dünən keçirilən məşqdə komanda ilə birlikdə idi. Mənim üçün önəmli olan budur”.

Qeyd edək ki, “Renn”lə PSJ arasında keçirilən Fransa Kubokunun oyununun əsas və əlavə vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Penalti seriyasında isə “Renn” qalib gələrək (6:5) tarixində 3-cü dəfə kuboka sahib çıxıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png