ONN İnformasiya Agentliyi

Püşkatma təkrarlana, “Qarabağ”ın rəqibi dəyişə bilər

Püşkatma təkrarlana, “Qarabağ”ın rəqibi dəyişə bilər
14 Dekabr 2021 - 23:39

UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatması təkrarlana bilər.

Buna səbəb tədbir zamanı yanlışlığa yol verilməsidir.

İngiltərədə “Tottenhem” və Fransanın “Renn” klubları arasında G qrupunun VI tur matçı koronavirusa görə təxirə salındığından və UEFA həmin görüşlə bağlı qərar vermədiyindən püşkatmada hər iki klub iştirak edib. Reqlamentə əsasən, pley-offda eyni ölkə təmsilçiləri üz-üzə gələ bilməz. Bu səbəbdən İngiltərənin digər klubu olan “Lester”in rəqibi müəyyənləşərkən “Tottenhem” və “Renn” klublarının adlarının yer aldığı şar kənarda saxlanılıb. Nəticədə Danimarka “Randers”i “tülkülər”ə rəqib olub.

Bu iki klub püşkün nəticəsini etibarsız hesab edib apellyasiya şikayəti verə bilərlər. Bu halda püşkatmanın yenidən təşkil olunması istisna edilmir.

Daha əvvəl UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi texniki nasazlıq səbəbindən təkrarlanıb.

Qeyd edək ki, “Qarabağ” pley-offda Fransa “Marsel”inə rəqib olub. Ağdam klubu ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək. Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 00:00 və 21:45-də başlayacaq. (“Report”)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png