ONN İnformasiya Agentliyi

“Qalatasaray” Musa ilə anlaşdı

“Qalatasaray” Musa ilə anlaşdı
05 Dekabr 2020 - 1:26

Nigeriya milli komandasının futbolçusu Əhməd Musa Türkiyənin “Qalatasaray” klubu ilə anlaşıb.

Tərəflər müqavilə şərtləri və bonus məbləğində razılaşıblar. Yalnız rəzmi imzanın atılması qalıb.

28 yaşlı hücumçu “sarı-qırmızı” komandaya azad agent qismində keçəcək. Rusiya MOİK-indəki çıxışları ilə məşhur olan forvard oktyabrın sonlarında Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə sözləşməsini pozub. Onun üçüncü dəfə Moskva komandasına qayıdacağı bildirilirdi.

Qeyd edək ki, Əhməd Musa MOİK-in formasını 2012 – 2016-cı illərdə və icarə əsasında 2018-ci ildə geyinib. Aralıq müddətdə isə o, İngiltərə “Lester”ində çıxış edib. Musa “hərbçilər”in heyətində 3 dəfə Rusiya çempionu, hərəyə 2 dəfə ölkə kuboku və Super Kubokunun sahibi olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png