ONN İnformasiya Agentliyi

Ronaldo üçün hazırlanan 11 milyonluq avtomobil

Ronaldo üçün hazırlanan 11 milyonluq avtomobil
30 Aprel 2019 - 15:49

“Yuventus”un portuqaliyalı ulduz futbolçusu Kriştianu Ronaldo avtomobil kolleksiyasına daha birini əlavə edəcək.

ONN media xəbər verir ki, kolleksiyaya bu dəfə əlavə ediləcək marka “Bugatti”dir.

Amma onu digərlərindən fərqləndirən cəhət isə qiymətidir. “La Voiture Noire” model olan avtomobilin qiyməti 11 milyon avrodur.

Mart ayında Cenevrədə təqdimatı keçirlən avtomobildən yalnız Kriştianu Ronaldoda olacaq. Bu onun üçün xüsusi hazırlanıb və tamamlanması 2021-ci ildə bitəcək.

Bu həm də istehsalçıların 110 illik yubileyinə həsr ediləcək. Avtomobil 1500 at gücündə olacaq. Sürəti isə saatda 420 km-ə çatacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png