ONN İnformasiya Agentliyi

“Sabah” öz meydanında “Səbail”ə məğlub oldu

“Sabah” öz meydanında “Səbail”ə məğlub oldu
16 Dekabr 2021 - 22:22

Dekabrın 16-da futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

ONN media  xəbər verir ki, “Sabah” klubu səfərdə “Səbail”lə qarşılaşıb. “ASCO Arena”da keçirilmiş görüş Murad Musayevin baş məşqçi olduğu komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqların heyətində qolları 33-cü dəqiqədə Coy-Lens Mikels, 46-cı dəqiqədə Ceyhun Nuriyev və əsas vaxtın sonuna əlavə olunmuş 4-cü dəqiqədə Xuan Kamara vurub.

Bu qələbədən sonra xallarını 17-yə çatdıran “Sabah” ili beşinci pillədə başa vurub. On xalı olan “Səbail” isə sonuncudur.

Tura bu gün oynanılacaq “Qarabağ” – “Zirə” matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, ilk oyun günündə “Qəbələ” evdə “Neftçi” ilə 1:1 hesablı heç-heçə edib, “Sumqayıt” isə “Keşlə”yə uduzub – 1:3.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png