ONN İnformasiya Agentliyi

Zabit Səmədov rinqə geri dönür

Zabit Səmədov rinqə geri dönür
17 May 2021 - 14:02

Azərbaycanlı kikboksçu Zabit Səmədov yenidən rinqə qayıdır.

ONN media  xəbər verir ki, bu barədə Oxu.az-a idmançının özü danışıb.

Zabit iyunun 12-də Belarusda rinqə çıxacaq. Artıq onun rəqibi də bəllidir. Bu, Nigeriya əsilli Niderland vətəndaşı olan Olutobi Ayodeci Kalecaiyedir.

“Dəli it” (“Mad Dog”) ləqəbli idmançı MMA döyüşlərinin də iştirakçısıdır. O, sonuncu dəfə 2018-ci ilin martın 3-də italiyalı Ernesto Papaya qalib gəlib.

Ümumiyyətlə, onun MMA karyerasında səkkiz qələbəsi, altı məğlubiyyəti var.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png