ONN İnformasiya Agentliyi

Maksim Dadaşovla bağlı xəbər var

Maksim Dadaşovla bağlı xəbər var
24-07-2019, 04:31

Rusiya Boks Federasiyasının prezidenti postunu tutan Umar Kremlev ABŞ-da xəstəxanada ölən boksçu Maksim Dadaşovla bağlı açıqlama verib.

ONN media xəbər verir ki, Federasiya başçısı idmançının ailəsinə başsağlığı verərək onlara ömürlük yardım ediləcəyini bildirib:

“Biz Maksim Dadaşoun ailəsinə ömürlük yardım edəcəyik. Onun ailəsinə dəstəyimizi göstərəcəyik”.

Xatırladaq ki, Dadaşov iyulun 19-da rinqdə Sabriel Matiasla qarşılaşması zamanı başından aldığı çoxsaylı zərbələrdən komaya düşüb. Boksçunun dünən xəstəxanada ürəyi dayanıb.

Maksim Dadaşov 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının iştirakçısı olub. 

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png