ONN İnformasiya Agentliyi

Polis bölməsində bomba partladılıb

Polis bölməsində bomba partladılıb
26-07-2019, 10:47

Çilinin paytaxtı Santyaqonun Euçurab bələdiyyəsinin polis bölməsində poçtla göndərilən bombanın partlaması nəticəsində səkkiz nəfər yaralanıb.

ONN media xəbər verir ki, bu barədə "Mercurio" qəzeti bildirib.

Məlumata əsasən, daha bir ədəd partalyıcı qurğu ölkənin sabiq Daxili İşlər nazirinə Rodriqo İnspeteruya göndərilib.

Bildirilir ki, xəsarət alanların hamısı polis əməkdaşlarıdırlar, yalnız bölməyə göndərilmiş bomba partlayıb.

Ölkənin prezidenti Sebastyan Pinyera baş verənləri terror aktı adlandırıb və bu cinayətin törədilməsində təqsirli olanlar qanuna uyğun şəkildə cəzalandırılacaqlarına söz verib.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png